banner
banner

İdman

"Qəbələ" bu gün Almaniyaya gedir

"Qəbələ" bu gün Almaniyaya gedir

“Qəbələ”  Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununun hazırlıqlarını davam etdirir. 

Azərbaycan Premyer Liqasının XI turunun noyabrın 1-də “Kəpəz”lə evdə keçirilən matçdan sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” dünən səhər hazırlıq keçib. 
Bu gün komanda Qəbələ şəhər stadionunda növbəti məşqinə çıxacaq. Günorta saatlarında isə komanda Qəbələdən Dortmunda yollanacaq. Oyunöncəsi son məşq noyabrın 4-də bu şəhərin BVB stadionunda baş tutacaq.

Xatırladaq ki, "Borussiya" - "Qəbələ" qarşılaşması noyabrın 5-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO

Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır. Şahanə Rəhimli Musavat.com